Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan parlamenti yeni neft sazişini təsdiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan parlamenti yeni neft sazişini təsdiq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Milli Məclisdə sentyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azerbaijan (ACG) Limited”, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş saziş ratifikasiya olunub.

 

Reklam_3_11

Layihəni millət vəkillərinə vitse-spiker Valeh Ələsgərov təqdim edib.


Azərbaycan Nazirlər Kabineti tərəfindən sazişdə iştirak edən podratçı tərəflərə verilən Azərbaycan hökumətinin təminatı və öhdəlikləri qəbul edilir və onların həyata keçirilməsinə icazə verilir.


Sazişin əsas mətninə edilmiş 15 əlavə qəbul edilərək onların həyata keçirilməsinə icazə verilir.


Qeyd edək ki, 2049-cu ilin sonunadək davam edəcək hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq.


Sazişin bir hissəsi olaraq SOCAR-ın "AÇG"-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılır və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək.

 

Saziş təsdiqləndikdən sonra "AÇG"-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olur: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.


SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.


Xatırladaq ki, "AÇG" üzrə əvvəlki hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb.


İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib.


Hazırda "AÇG"-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan hasil edilən neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

 

© Report

31.10.2017 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ