Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Cadugərlər Bayramı"nda xərcləmə rekordu gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Cadugərlər Bayramı"nda xərcləmə rekordu gözlənilir

Hər il oktyabr ayının son günündə qeyd olunan "Cadugərlər Bayramı"nın (Halloween) bu il ABŞ iqtisadiyyatına rekord töhfə verəcəyi gözlənilir.


 
"Marja" xəbər verir ki, rəngli kostyumlara, qorxulu bəzəmələrə, içi oyulmaqla işıqlandırılan balqabaqlara və kostyumları ilə qapı-qapı gəzərək şəkər istəyən uşaqlara səhnə olan "Halloween" üçün amerikalılar hər il milyardlarla dollarlıq xərcləyirlər.


ABŞ Milli Pərakəndə Satıcılar Birliyinin (NRF) məlumatlarına görə, ABŞ-da "Halloween" xərcləri ötən il 8,4 milyard dollar ilə 2012-ci ildən bəri ən yüksək səviyyəsinə çatmışdı.


 
Bu il isə xərclərin 2016-cı illə müqaysədə 8,3 faiz artımla 9,1 milyard dollara çataraq rekord qıracağı gözlənilir.

 

İstehlakçıların kostyumlar üçün 3,4 milyard dollar, bəzəklər üçün 2,7 milyard dollar, balqabaq və şəkərlər üçün 2,6 milyard dollar, təbrik kartları üçün də 400 milyon dollar xərcləyəcəyi gözlənilir.


 
326 milyon əhalisi olan ABŞ-da, ötən il təxminən 171 milyon insan "Halloween" çərçivəsində keçirilən tədbir və şənliklərə qatılıb. İştirakçı sayının bu il 179 milyona çıxacağı ehtimal edilir.


 
ABŞ-da istehlakçı meyllərini ölçən "Prosper Insights & Analytics"in məlumatlarına görə, ABŞ əhalisinin  72%-nin "Cadugərlər Bayramı"nda hər hansı bir tədbirə qatılması nəzərdə tutulur.

 

ABŞ-da bir nəfərin bayram çərçivəsində orta hesabla 86 dollar xərcləyərək, bu sahədə də rekord qırılılacağı gözlənilir.


 
"Halloween" xərclərində ən böyük  yeri kostyumlar tutur. Mütəxəssislər, uşaqların adətən super qəhrəman kostyumlarına, yaşlıların isə cadugər paltarları və makiyajlarına üstünlük verdiyini bildirir.


 
ABŞ-da, Halloween kostyumları üçün yetkin kişilərin orta hesabla 96 dollar, yetkin qadınların da orta hesabla 77 dollar xərcləyəcəyi gözlənilir.


 
İstehlakçıların təxminən 35%-inin kostyumları internetdən, 30%-nin da pərakəndə mağazalardan satın alacağı gözlənilir.


 
ABŞ-ın ən iri pərakəndə dükanlarından əldə edilən məlumata görə, "Halloween" çərçivəsində ən çox satan uşaq kostyumları arasında "Spider-Man" (Hörümçək Adam), "Harry Potter" və "Wonder Woman" kimi super qəhrəman və film xarakterləri ilə cadugər geyimləri var.


 
ABŞ-ın e-ticarət nəhəngi "Amazon"da "Spider-Man" kostyumu orta hesabla 31 dollara satılarkən, pərakəndə şirkətləri "Walmart" və "Target"  "Harry Potter" və "Wonder Woman" kostyumlarını 20 - 40 dollar arasında təklif edir


 
 Sözügedən pərakəndə şirkətləri, böyüklər üçün cadugər kostyumlarını da 40- 150 dollara satırlar.

31.10.2017 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ