Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avro Zonasında inflyasiya səngidi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Zonasında inflyasiya səngidi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro Bölgəsində illik inflyasiya, bu ilin oktyabr ayında 1,4%-ə geriləyib. İnflyasiya göstəricisi, bazar gözləntilərini də qarşılamayıb.


 
"Marja" xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) ilkin məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində sentyabr ayında 1,5 faiz olan illik inflyasiya oktyabrda 1,4 faiz olaraq ölçülüb. İllik inflyasiya göstəricisi həmçinin 1,5%-lik bazar proqnozundan aşağı olub.


 
Bölgədə, oktyabr ayında illik baza inflyasiya da 1,1%-lik bazar proqnozundan aşağı qalaraq 0,9% artıb.


 
Avro Bölgəsində oktyabr ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, illik inflyasiya ən yüksək 3 faiz ilə enerjidə olub. Enerjinin ardınca 2,4%-lə qida, alkoqol və tütün məhsulları, 1,2 faiz ilə xidmətlər və   0,4% ilə də enerji xaric qeyri-neft sənaye məhsulları gəlib.


 
 ECB-NİN İNFLYASİYA HƏDƏFİ


 
Digər tərəfdən, Avro Zonasında pul siyasətini yeritməkdən məsul olan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aktiv alışı proqramını və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.


 
Oktyabr ayı inflyasiyasına dair müfəssəl məlumatlar 16 Noyabrda açıqlanacaqdır.

31.10.2017 11:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ