Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət müşaviri və rəhbər müavini vəzifələri ləğv edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət müşaviri və rəhbər müavini vəzifələri ləğv edildi

Azərbaycanın Dövlət müşaviri və Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edilib.

 

Reklam_3_11

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

 

Hazırki təsnifatda Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin vəzifəsi, Azərbaycan Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Milli Məclisin Aparat rəhbərinin vəzifəsi, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

 

Dəyişikliklə isə təsnifatdan Azərbaycanın Dövlət müşavirləri vəzifəsi çıxarılır. Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi də çıxarılır.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

© APA

31.10.2017 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ