Ən yuxarı (mobil)-2_30

Hesablama Palatasının səlahiyyətləri genişləndirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablama Palatasının səlahiyyətləri genişləndirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hesablama Palatası haqqında” qanuna dəyişiklik Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.


Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyati üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilən variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir.


Belə ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq icra hakimiyyəti orqanlarına və ya Baş Prokurorluğa göndərəcək.

31.10.2017 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ