Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Amrahbank” maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank” maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin 9 ayı ərzində “Amrahbank” ASC-nin cəmi gəlirləri təxminən 18 milyon manat təşkil edib.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Amrahbank”ın faiz gəlirləri 10 milyon 382 min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 751 min manat təşkil edib.

 

Bank 9 ay ərzində ehtiyatların yaradılmasına təxminən 3 milyon 328 min manat ayırıb.

 

2016-cı ilin 9 ayında "Amrahbank"ın cəmi gəlirləri təxminən 28 milyon manat, o cümlədən faiz gəlirləri 19 milyon 442 min manat, qeyri-faiz gəlirləri 8 milyon 570 min manat təşkil etmişdi.

 

Cari ilin 9 ayında “AmrahBank”ın xərcləri gəlirlərini üstələdiyi üçün Bank 9 ayı 5 milyon 822 min manat zərərlə bağlayıb. Bank ötən ilin anoloji dövründə 3 milyon 868 min manat zərər açıqlamışdı.

 

30 Sentyabr 2017-ci il tarixində “AmrahBank” 235 milyon 81 mijn manat cəmi aktivlərə, 187 milyon 145 min manat cəmi öhdəliklərə və 17 milyon 998 min manat cəmi balans kapitalına malik olub. Bankın məcmu kapitalı isə 47 milyon 314 min manat təşkil edib.

 

BANKIN DEPOZİT PORTFELİ ARTIB

 

Bankın müştərilərə verdiyi kreditlər 124 milyon 177 min manatdan 97 milyon 441 min manata düşüb, müştəri hesabları isə 129 milyon 154  min manatdan 141 milyon 718 min manata, depozitlər isə 127 milyon 356 min manatdan 140 milyon 774 min manata qalxıb. 

31.10.2017 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ