Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Bank Respublika” da maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika” da maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Respublika”-nın cəmi gəlirləri 45 milyon 472 min manat təşkil edib.

 

Bankdan "Marja"ya bildirilib ki, Bankda fiziki şəxslərin depozitləri artıb. 30 iyun 2017-ci il tarixində bu əmanətlərin həcmi 197 milyon 131 min manat təşkil edirdisə, hal-hazırda bu məbləğ 212 milyon 988 min manata çatıb.

 

Kredit portfeli bu ilin birinci yarısında 245 milyon 357 min manat təşkil edirdisə, hesabat dövrünə 224 milyon 574 min manatadək azalıb. Bankdan verilən məlumata görə, buna səbəb qeyri-standart kreditlərlə aparılan iş nəticəsində həmin portfelin azalması olmuşdur.

 

Bankın qeyri-standart kreditləri 2017-ci ilin 2-ci rübü ilə müqayisədə 2 dəfədən çox azalaraq 5,3 % təşkil edib. Bank kreditlər üzrə 9 milyon 745 min manat adi və məqsədli ehtiyat yaradıb.

 

30 Sentyabr 2017-ci il tarixinə “Bank Respublika” ASC-nin cəmi aktivləri 710 milyon 542 min manat, cəmi öhdəlikləri 663 milyon 940 min manat, cəmi balans kapitalı isə 46 milyon 602 min manat olub.

 

Cari ilin 9 ayı ərzində ümumi depozit portfeli 459 milyon 67 min manat təşkil edib.

 

Bankdan verilən məlumata əsasən, aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün 6 milyon 186 min manat ayırılmış xüsusi ehtiyatın yaradılması nəticəsində, bu ilin 9 ayını bank 1 milyon 619 min manat zərər ilə yekunlaşdırıb.

31.10.2017 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ