Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Palata: "Forma-4"ün sığorta ödənişinin verilməsi üçün təqdim olunması zəruridir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata: "Forma-4"ün sığorta ödənişinin verilməsi üçün təqdim olunması zəruridir

Əgər Qanunla müvafiq arayışın tələb olunmasını istisna edən hallar yoxdursa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın arayışının (Forma-4) həmin sığorta ödənişinin həyata keçirilməsi üçün təqdim olunması zəruridir.

 

Bu barədə "Marja"nın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.


"30.10.2017 tarixli sorğunuza cavab olaraq bildiririk ki, “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə məlumatları özündə əks etdirən məhkəmə qərarı mövcud olarsa, həmin məlumatları göstərən “İcbari sığortalar haqqında” AR Qanununda nəzərdə tutulmuş müvafiq səlahiyyətli orqanın arayışı olmadan sığorta ödənişinin verilməsinin mümkünlüyünə münasibət bildirilməsi barədə Palataya müraciət edilmişdir.

 

“İcbari sığortalar haqqında” AR Qanununun 17.1.4-cü maddəsinə müvafiq olaraq, həmin Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (Forma-4) icbari sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlərdəndir.

 

Qanunun tələblərindən aydın olduğu kimi, əgər Qanunla müvafiq arayışın tələb olunmasını istisna edən hallar yoxdursa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın arayışının (Forma-4) həmin sığorta ödənişinin həyata keçirilməsi üçün təqdim olunması zəruridir.

 

Qeyd olunanlar nəzərə alınmaqla sığorta şirkətinin müraciətinə Palata tərəfindən münasibət bildirilmişdir.

 

Əlavə olaraq bildirik ki, sığorta şirkətinin müraciəti konkret sığorta hadisəsi ilə bağlı deyil, ümumi xarakterli olmuşdur. Cəfərova Cəmilə Mahmud qızı tərəfindən Palataya məsələ ilə bağlı müraciət daxil olmamışdır.

 

Palata maliyyə bazarları istehlakçılarının hüquqlarının müdafiəsini həyata keçirən qurum olaraq vətəndaşlar tərəfindən onların hüquqlarının müdafiəsi üçün qanunvericiliyə uyğun atılan bütün addımlara hörmətlə yanaşır və səlahiyyətləri çərçivəsində lazımi köməkliyin göstərilməsini həyata keçirir".

 

Qeyd edəki ki, 2 ayrı sığorta şirkətinə eyni hal üzrə müxtəlif göstəriş verildiyi iddia edilmişdi. Qeyd olunurdu ki, göztərişlərdən birində Forma 4-ün gecikməsi halında “hökm”ün onu əvəz edə biləcəyi, digərində isə mümkünsüz olduğu qeyd olunmuşdur. Ətraflı: http://marja.az/news/15239

31.10.2017 13:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ