Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yapon orta və kiçik biznesinin Azərbaycana cəlb olunması xahiş edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapon orta və kiçik biznesinin Azərbaycana cəlb olunması xahiş edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Beynəlxalq Qaz İttifaqı”nın (“International Gas Union”) Tokioda keçirilən iclasında iştirak etmək üçün Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun həmsədri, SOCAR-ın vitse-prezidenti Muxtar Babayev və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdan ibarət nümayəndə heyəti bu gündoğar ölkədə səfərdə olub.

 

Yaponiyanın “KEIDANREN” iqtisadi təşkilatının baş direktoru Masakazu Kubota ilə görüş zamanı M.Babayev Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.

 

İki ölkə arasında enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu, bununla yanaşı digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. “KEIDANREN”-in Yaponiyada nüfuzlu iqtisadi təşkilat olduğu nəzərə alınaraq, yapon orta və kiçik biznesinin Azərbaycana cəlb olunmasında dəstək göstərməsi xahiş edilib.

 

M.Kubota Yaponiya şirkətlərinin Azərbaycan ilə yalnız enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığa hazır olduğunu və bu istiqamətdə Yaponiyadakı səfirliyimiz ilə mütəmadi məsləhətləşmələr aparacağını vəd edib.

 

Görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

 

© Azərtac

 

31.10.2017 13:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ