Ən yuxarı statik reklam-3_3

Birləşəcəyi danışılan Bank mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birləşəcəyi danışılan Bank mənfəət açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci il oktyabrın 1-ə "Rabitəbank" ASC-nin aktivlərinin həcmi 730,308 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,95% çoxdur.

 

Bankın rüblük hesabatlarına görə, hesabat dövrünün sonuna bankın kredit portfeli 198,372 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,98% azalmadan xəbər verir. Bankın istehlak kreditləşməsini 14,39% və 6,591 mln. manatadək azaldıb.

 

Cari ilin oktyabrın 1-nə bankın depozit portfeli 7,25% azalaraq 197,841 mln. manata çatıb. Ümumilikdə bankın öhdəlikləri ötən illə müqayisədə 37,93% artaraq 644,623 mln. manata çatıb.


Üçüncü rübün sonuna bankın məcmu kapitalı 78,27% artaraq 105 mln. 137 min manat, nizamnamə kapitalı isə 82,47% artaraq 88,500 mln. manat olub.

 

Hesabat dövründə bankın gəlirləri 8,66% azalaraq 29,074 mln. manat, xərcləri isə 7,61% azalaraq 14,423 mln. manat təşkil edib.

 

Bank 9 ayı 642 min manatlıq mənfəətlə başa vurub.

 

"Rabitəbank" 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

 

Qeyd edək ki, yerli mətbuat "Bank Respublika" və "RabitəBank"ın birləşəcəyini yazıb.

 

© APA

31.10.2017 13:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ