Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Marjanı artırmadan onu birdəfəlik ləğv edilməsi riskli addımdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marjanı artırmadan onu birdəfəlik ləğv edilməsi riskli addımdır”

İqtisaçı-ekspert Samir Əliyevə görə,  Mərkəzi Bank marjanı artırmadan onu birdəfəlik ləğv etməsi riskli addımdır.

 

“Bu addım özünü dollar bolluğu şəraitində doğruldur. Əks halda kəskin devalvasiya və vəziyyətin nəzarətdən çıxması qaçılmaz ola bilər”.

 

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edib. Yəni banklar dolları istədikləri qiymətə alıb-satacaqlar.

 

“Mərkəzi Bank 4.2 milyard dollara arxayınlaşıb marjanı artırmadan onu birbaşa ləğv etdi. Marjanın ləğvinin yeganə üstünlüyü qara bazarın aradan qaldırılması olacaq. Bu da dollar bolluğu fonunda, yəni tələbin tam ödənilməsi zamanı baş verə bilər. Dollar qıtlığı yaranacağı təqdirdə (kapital axınını sürətlənərsə, neft kəskin ucuzlaşarsa və s.) isə manatın kəskin ucuzlaşmasını sürətləndirə bilər”,- ekspert bildirib.

 

Əvvəllər marja daha aşağı həddə  - 2% idi. Sonradan devalvalvasiya dövründə marja 4%-ə qaldırıldı. Bundan sonra marja işə düşməyə başlayanda bazarda dollar qıtlığı yarandı və marja bankların dollar satışına marağını azaltdı. Nəticədə rəsmi satışda tapılmayan dollarlar “qara bazarda” üzə çıxdı. 

13.01.2017 06:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ