Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünyada ən uzun olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada ən uzun olacaq

Danimarka və Böyük Britaniya arasında çəkiləcək, dünyanın ən uzun elektrik enerjisi ötürücü şəbəkə bağlantısını təmin edəcək Viking Link xəttinə icazə verilib.



 

Reklam_3_11

"Marja" xəbər verir ki, Danimarkanın Enerji və İqlim Naziri Lars Lilleholt, Danimarka ilə İngiltərə arasında elektrik enerjisi ötürücü şəbəkə bağlantısını təmin edəcək təxminən 770 kilometr uzunluğundakı Viking Link xəttinə icazə verib.


 
Dünyanın ən uzun elektrik enerjisi ötürmə kabeli olacaq "Viking Link-in, Danimarkadannın, İngiltərə ilə bərabər Almaniyaya da elektrik enerjisi ixrac olunmasında istifadə ediləcəyi qeyd olunub.


 
1400 meqavat kabelin, Danimarkanın Cənubi Jutland zonasından İngiltərənin paytaxtı Londonun 140 kilometr şimalına qədər uzanacağı bildirilib.


 
Böyük hissəsi Şimal Dənizinin altından keçəcək təxminən 770 kilometr uzunluğundakı kabelinin ilk 75 kilometrinin Danimarka, təxminən 630 kilometrinin su altında və son 65 kilometrlik hissəsinin də İngiltərədə olacağı qeyd edilib.


 
Maya dəyərinin 11 milyard kron, yəni 1.5 milyard avro olduğu qeyd edilən kabelin 2022-ci ildə istifadəyə veriləcəyi nəzərdə tutulur.

01.11.2017 07:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ