Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kürdəmir heyvası Rusiya bazarlarına çıxarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kürdəmir heyvası Rusiya bazarlarına çıxarılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kürdəmir rayonunda heyva yığımına başlanılıb. Cari mövsümdə bağlardan 2000 ton məhsul əldə olunması gözlənilir.

 

Rayon icra hakimiyyətindən  bildiriblər ki, bölgədə heyva bağlarının sahəsi ildən-ilə artır və hazırda 130 hektara çatıb. Rayonun demək olar ki, bütün ərazisində, xüsusilə Yenikənd, Atakişili, Xırdapay, Qağacılı, Topalhəsənli, Dəyirmanlı, Mürtülü və digər ərazi dairələrində sakinlər heyva bağları salmağa böyük maraq göstərirlər. Kürdəmirli bağbanlar heyvanın “Məcidəmi”, “Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və digər növlərini yetişdirirlər.

 

Ötən il rayonda 1890 ton heyva tədarük olunub. Bu il məhsul istehsalının 200 tonadək artacağı gözlənilir.

 

Yığılan məhsul təkcə yerli bazarlara deyil, xarici bazarlara da göndərilir. İndi sahibkarlar Kürdəmir heyvasını Rusiya bazarlarına çıxarmağa hazırlaşırlar.

 

© Azərtac

01.11.2017 13:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ