Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankı Fed bugünkü iclasında uçot dərəcəsini dəyişməyərək 1.00 - 1.25 faiz aralığında saxladı.
 

"Marja" xəbər verir ki, analitiklər də Fed-in faizi qaldırmayacağını gözləyirdilər.

 

Fed bu qərarı yekdilliklə qəbul edib.

 

Fed, faiz qərarından sonra verdiyi açıqlamada, iqtisadi fəaliyyətin qasırğalara baxmayaraq "sağlam bir sürətdə" davam etdiyini qeyd edib. Fed, qasırğaların yəqin ki, iqtisadiyyatın orta müddətli gidilşatını dəyişməyəcəyini bildirib.

 

Fed, əmək bazarının güclənməkdə davam etdiyini, işsizlik nisbətinin düşdüyünü qeyd edib, xərclərin mülayim bir sürətdə artdığını və investisiyaların yuxarı istiqamətdə hərəkət etdiyini ifadə edib.


 
İnflyasiya göstəricilərinin  aşağı olduğunu təkrarlayan Fed, inflyasiyanın orta müddətdə 2 faiz ətrafında sabitləşəcəyini gözlədiyini bir daha vurğulayıb.

 

Fed, iqtisadiyyatın mərhələli faiz artırılmasını təmin edəcək bir istiqamətdə dönməsini gözlədiyini bildirib.


 
Fed-in iqtisadiyyatın "sağlam bir sürətlə" genişlənməkdə olduğunu qeyd etməsi və əvvəlki "mülayim" böyümə ifadəsini yaxşılaşdırması Dekabrda faizin artırılacağına açıq bir işarə kimi qiymətləndirilib. Fed-in inkişafı qiymətləndirməsini bu şəkildə yüksəltməsi ("mülayim" ifadəsindən  "sağlam bir sürətlə" ifadəsinə), açıq deməsə də, Fed-in Dekabr ayında faiz artırmağa hazırlaşdığına işarə edir.

01.11.2017 19:02

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ