Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Putin, Azərbaycan ərazisilə qaz göndərməyi təklif etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin, Azərbaycan ərazisilə qaz göndərməyi təklif etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC-ə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar neft qiymətlərinin yüksəlməsi və sabitləşməsi  mümkün olmazdı.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Tehranda Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.


"Yaxşı məlumdur ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEC çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik. Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər".

02.11.2017 04:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ