Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il sarımsaq əkənlər daha çoxdur - "qiymət risk altına düşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il sarımsaq əkənlər daha çoxdur - "qiymət risk altına düşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli mətbəximizdə geniş şəkildə istifadə olunan qida növlərindən biri sarımsaqdır. Onun tibbi əhəmiyyəti, sağlamlığa xeyri hər kəsə bəllidir.


Hələ qədimdən xalq təbabətində sarımsaq geniş istifadə olunub. “Sarımsaq - başım sağ”. Bu cür məsəllər hər kəsi həmin məhsuldan, necə deyərlər, geninə-boluna istifadə etməyə çağırıb. Hətta insanları sarımsağın qoxu kompleksindən xilas etmək üçün işlənən “Sarımsaq onu yeyənin yox, ətrafdakıların problemidir” məsəli də bu bitkinin faydasından xəbər verir.

Reklam_3_11


Bu gün əksər bölgələrimizdə satış məqsədilə olmasa da, daxili tələbatı ödəmək üçün şəxsi həyətlərində sarımsaq əkənlər az deyil. Bu baxımdan sözügedən sahədə ənənələri olan Ağsu rayonu xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, yalnız keçən il rayonda 163 hektar sahədə sarımsaq əkilib və 1372 tondan çox məhsul götürülüb.


Ağsuluları bu sahəyə cəlb edən başlıca səbəblərdən biri sarımsağın digər bitki növləri ilə müqayisədə daha münasib qiymətə satılmasıdır. Özü də  sarımsağın təkcə kök hissəsi deyil, eyni zamanda onun özəyinin də müştərisi başının üstündədir. Ona görə də istehsalçılar inanırlar ki, əgər bu sahəyə qol qoyulsa, uduzmaq söhbəti ola bilməz. Alıcı az olsa belə, çəkilən xərcin 3-5 qatını çıxarmaq mümkündür.


Ağsu rayonunun Ərəbuşağı kəndindəyik. Havanın sərin keçməsinə, çiskin yağış yağmasına baxmayaraq, bir çox kənd sakini sahədə sarımsaq əkini ilə məşğul idi. Kənd bələdiyyəsinin sədri Balaəfəndi Fərəcov dedi ki, Ərəbuşağında 2 minə yaxın adam yaşayır. Əkinçinin əsas dolanışığı bitkiçilik və heyvandarlıqdandır. Torpaq sahəsi az olduğu üçün camaat daha çox sarımsaq əkininə üstünlük verir. 


Kənd ərazisində 160 hektar əkinəyararlı sahə olduğunu deyən B.Fərəcovun sözlərinə görə, onun da təxminən 120 hektarında sarımsaq əkilir. Qiyməti sərfəli olduğu üçün sakinlər bu sahəyə üstünlük verirlər.


Kənd sakini Fariz Təhməzov əvvəllər əmtəəşünaslıqla məşğul olub. 10 ildir ki, torpağa bağlanıb, fermerdir. Əsasən sarımsaq istehsalı ilə məşğuldur. Torpaq az olduğundan başqa bitkiçilik məhsullarını əkmək imkanı yoxdur. Bundan əlavə, məhsulun yerindəcə alınması ona sərf edir.

 

O, bu il 3 hektarda sarımsaq əkərək 25 ton məhsul götürüb. Təsərrüfat işlərində iki oğlu da ona dəstək verir. İldə 3-4 dəfə alaq aparmaq lazım gəlir. Mövsüm ərzində quraqlıq olmasa, cəmi iki dəfə suvarma bəs edir. Məhsulun satışı da yaxşı olub. Yerli sakinlərlə yanaşı, Dağıstandan gələn alıcılar bu məhsula maraq göstərirlər. İlk mərhələdə məhsulun kiloqramı üçün təklif 3 manat 60 qəpik olsa da, sonradan tələbatın artması ilə qiymət artaraq 4-5 manata çatıb. Sonuncu dəfə isə həyətindən sarımsağın 1 kiloqramını 6 manat 50 qəpiyə alıblar.

 


Fermer növbəti ilin məhsulu üçün yenə də 3 hektarda əkin apardığını deyir. Onun sözlərinə görə, əkinə əvvəldən hazırlıq görülməsi toxumun yaxşı bitiş verəcəyinə təminatdır. Əkin prosesində təxminən 20 nəfər iştirak edib. Onlar 10 gün ərzində əkini başa çatdırıb əməkhaqqı alıblar.

 

F.Təhməzov söhbətimizin sonunda bir məqama da toxunaraq dedi ki, son iki ildə ölkədə sarımsağın qiyməti əvvəllər olduğundan xeyli bahadır. Bu da, təbii ki, bir çox fermerlərin diqqətindən yayınmayıb. Onlar da sarımsaq əkininə başlayıblar. Gələn ilin məhsulu üçün sarımsağa keçid edənlər daha çoxdur. Təklif tələbi üstələyəcəyi halda, istər-istəməz, məhsul qiymət baxımından risk altına düşəcək. Ona görə də hesab edirik ki, bu məsələlər hansısa formada tənzimlənməli, aqrar sektorda istehsal olunan məhsulların regionlaşması aparılmalıdır. O halda fermer daha həvəslə çalışar. 

 

© “Azərbaycan”
 

02.11.2017 05:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ