Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da neft ehtiyatları azalıb, istehsal artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları azalıb, istehsal artıb


 ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 2,4 milyon barrel azalıb.


 
"Marja" xəbər verir ki,  ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 2,4 milyon barrel (0,5 faiz) azalıaraq, 454,9 milyon barrelə gerilədiyini açıqlayıb.


 
Bazar gözləntisi ehtiyatların 1,7 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 0,9 milyon barrel artmışdı.
 

 

Beləliklə, ABŞ-ın xam neft ehtiyatları son 6 həftənin 5-ində azalıb.


 
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,8 milyon barel (0,1 faiz) azalaraq 670,6 milyon barelə düşüb.


 
 ABŞ-ın həftəlik benzin ehtiyatları isə 4 milyon barrel (1,9 faiz) azalaraq 212,8 milyon barrelə enib.


 
 Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,5 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 5,5 milyon barrel azalış göstərmişdi.


 
XAM NEFT HASİLATI ARTMAQDA DAVAM EDİR


Bu dövrdə, ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 46 min barel artaraq 9,55 milyon barelə yüksəlib.


 
Beləliklə, ABŞ-ın xam neft istehsalı 2 həftə ardıcıl artım qeyd edib.


 
Ölkənin xam neft ixracı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 209 min barrel azalaraq 2,13 milyon barrellə rekord səviyyəyə çatıb.


 
 Xam neft idxalı isə gündəlik orta hesabla 552 min barrel azalaraq 7,57 milyon barrelə enib.


 
 ABŞ-ın xam neft istehsalındakı artımın ardından qlobal bazarda neftin qiymətlərində azalma  görülüb.


 
Brent neftin barrel qiyməti 60,50 dollara, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti 54,29 dollara qədər geriləyib.

02.11.2017 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ