Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azexport portalı sahibkarlara yeni xidmət təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azexport portalı sahibkarlara yeni xidmət təklif edir

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarlara yeni xidmət növünü təqdim edir.

 

Mərkəzdən "Marja"ya daxil olmuş məlumata görə,  www.azexport.az portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir.

 

Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tenderlər və sifarişləri görə bilər və onlardan yararlana bilərlər. Eyni zamanda portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcəkdir.

 

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olmuşdur. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40% əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (məsələn maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

 

02.11.2017 06:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ