Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Venesuelada ən iri əskinas dövriyyəyə buraxılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Venesuelada ən iri əskinas dövriyyəyə buraxılır

Hiper inflyasiya ilə boğuşan və nağd pul sıxıntısı çəkən Venesuelada, ölkə tarixinin ən böyük əskinası tezliklə dövriyyəyə buraxılacaq.


"Marja" xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro, milli televiziyada verdiyi açıqlamada, gələn həftə 100 min bolivar əskinasın dövriyyəyə buraxılacağını, minimum əmək haqqının 30 faiz və pensiyaların da artırılacağınıı bildirib.


 
Yalnız 2,5 ABŞ dolları dəyərində olan yeni əskinas, Venesuelada nağd sıxıntısını ortadan qaldırmağı hədəfləyən iqtisadi siyasətdə yeni bir addım olaraq görülür. İqtisadçılar, Maduronun gördüyü tədbirlərin, iqtisadi və sosial böhranın yaşandığı neft ölkəsində inflyasiyanı sakitləşdirməkdən çox artıracağı fikrindədirlər.


 
Venesuelada ilin əvvəlində  500, 5000 və  20 000 bolivar əskinasları dövriyyəyə buraxılmış, ancaq tələbatı ödəmirdi.


 
Maduronun açıqladığı tədbirlər, müxaliflər tərəfindən tənqid edilib. Müxalifətçi Henrique Capriles, Twitter hesabından verdiyi açıqlamada, "Dünyada ən yüksək inflyasiyaya sahibkən, maaşın artırılması Venesuelalı işçiləri dolamaqdır!" -ifadəsini istifadə edib.

02.11.2017 09:15

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ