Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şirkətlər və sahibkarlar üçün “XOŞ GƏLDİN” kampaniyası başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər və sahibkarlar üçün “XOŞ GƏLDİN” kampaniyası başladı

Bank Respublika yeni korporativ müştərilər üçün “XOŞ GƏLDİN” güzəştli kampaniyasını elan edir.

 

Noyabrın 1-dən ilin sonunadək Bank Respublika, bankla yeni əməkdaşlığa başlayan korporativ müştərilər üçün “XOŞ GƏLDİN” kampaniyasına start verir. Kampaniya çərçivəsində yeni əməkdaşlığa başlayan hüquqi şəxslər və fərdi sahibkarlar bankın bütün əməliyyat xidmətləri üzrə güzəştlər əldə edə biləcəklər.

 

“Kampaniyanın başlıca məqsədi odur ki, bankla yeni əməkdaşlığa başlayan hər bir sahibkar, bir ay ərzində heç bir komissiya ödənişı etmədən, təqdim olunan xidmət və bank məhsullarının keyfiyyətini özü dəyərləndirsin. Bundan sonra, müştəri Bank Respublika ilə əməkdaşlığı davam etdirəcəyinə özü qərar verəcək”, – deyə Korporativ Satışlar Departamentinin direktoru Sadiq İbadov bildirdi.

 

Belə ki, yeni korporativ müştərilər üçün kampaniya müddəti ərzində bank, qeyri kredit xidmətləri üzrə komissiya haqqlarını bir aylıq ləvğ edir: Hesabların açılması, biznes kartlar, maaş kartları, elektron bankçılıq, pos-terminal və valyuta mübadiləsi üzrə komissiyalar.

 

Həmçinin, kampaniya çərçivəsində əməkdaşlığa yeni qoşulmuş korporativ müştərilərə, ölkədaxili və xarici köçürmələr, hesabdan nəğd pulun çıxarılması, əmək haqqı kartları,  biznes kartları və pos-terminal üzrə komissiyalar və digər qeyri-kredit xidmətləri üzrə komissiyalar 1 ay müddətinə ləvğ olunur.

 

Beləliklə, yeni əməkdaşlığa başlamış müştərilərə bir ay ərzində yuxarıda qeyd olunan xidmətlər tamamilə pulsuz göstəriləcək. Güzəşt müddəti bitdikdən sonra “XOŞ GƏLDİN” kampaniyası çərçivəsində yeni müştərilərə, əməliyyat həcmindən asılı olaraq standart tariflərdən daha münasib xüsusi tariflər tədbiq olunacaq.

 

Bank Respublika -  Sizə faydalı!

02.11.2017 12:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ