Ən yuxarı (mobil)-2_30

Aqropark 80 ton emal gücündə yağ zavodu tikəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqropark 80 ton emal gücündə yağ zavodu tikəcək

Kürdəmir rayonunun Pirili massivində “QLOBAL-Aqro” MMC tərəfindən 2000 hektar sahədə aqropark yaradılıb.

 

Reklam_3_11

Bu il aqroparkda 400 hektar sahədə qarğıdalı, 200 hektarda soya, 50 hektarda isə qarabaşaq əkilib. Müasir texnologiyanın tətbiqi, aparılan düzgün aqrotexniki qulluq öz müsbət nəticəsini verib və sahələrdə yüksək məhsul yetişdirilib. Hazırda məhsul yığımı davam edir.

 

İlkin mərhələdə 9 min tonluq anbar istifadəyə verilib. Yaxın gələcəkdə isə aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbarın, müasir dəyirmanın, yağ və yem emalı zavodlarının, toxum emalı müəssisəsinin tikintisi nəzərdə tutulub. Yem zavodu gündəlik 100 ton, yağ zavodu isə 80 ton emal gücünə malik olacaq.

 

Aqroparkın texniki təchizatı üçün 26 ədəd yeni texnika alınıb, 28 ədədi isə sifariş olunub.

 

Qeyd edək ki, əkin sahələri “pivot” suvarma sistemi ilə təchiz edilib. Sahələri normal su ilə təmin etmək üçün Muradxan kanalının suötürmə qabiliyyəti də artırılıb.

 

Hazırda 60 nəfərin işlə təmin olunduğu aqropark tam gücü ilə fəaliyyətə başladıqda iş yerlərinin sayı 250-yə çatacaq.

 

© Azərtac

02.11.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ