Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Trump Fed sədri üçün namizədini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump Fed sədri üçün namizədini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


 
ABŞ Prezidenti Donald Trump, Cümə axşamı günü etdiyi açıqlamada, Cerom Paeullı (Jerome Powell) Fed-in sədrliyinə namizəd göstərdiyini bildirib.

 

Reklam_3_11

"Marja" xəbər veri ki,  Trump açıqlamasında, Pauellin, mühakimə və zəkası ilə mərkəzi bankdakı iş yoldaşlarının və Konqres üzvlərinin hörmətini qazandığını söyləyib.


 
Trump, dünya iqtisadiyyatının ən mühüm "aktyorlarından" biri olan Fed üçün seçdiyi sədr namizədini Ağ Evdə keçirdiyi mətbuat konfransı açıqlayıb. Trump, toplantıya Pauell ilə birlikdə gəlib.


Pauell, faizin mərhələli artırılmasının tərəfdarıdır və Ağ Evin maliyyə tənzimləmələrinin azaldılması çağırışına müsbət baxır. O, özəl kapital şirkətində də çalışıb. 


 
Trump açıqlamasında "Fed-in İdarə Heyətinin sədri Cerom Pauellı Fed-ə sədrlik etməsi üçün namizəd göstərirəm" - deyib.
 

Senatın təsdiq etməsi vəziyyətində, 64 yaşlı Pauell, 2015-ci ilin sonundan bu yana faizləri dörd dəfə artıran və mərkəzi bankın 4.5 trilyon dollara qədər çıxmış balansını azaltmağa başlayan indiki Sədr Canet Yellenin (Janet Yellen) yerinə keçəcəkdir.

 

Trump, 100 illik tarixində Fed-in ilk qadın prezidenti olan Yellenı dəfələrlə təqdir etməsinə və Çərşənbə günkü açıqlamasında onu "mükəmməl" qiymətləndirməsinə baxmayaraq təkrar namizəd göstərmədi. Yellenin 4 illik vəzifə müddəti Fevral ayında başa çatır.


 
 Trump,  Pauellı namizəd göstərdiyi çıxışında, Yellen üçün, "Müdhiş bir iş görən gözəl bir qadın" deyib.

 

Trumpın bu beş nəfər arasından Fed-də 2012-ci ildən bu yana İdarə Heyətinin üzvü olaraq çalışan Pauellə üstünlük verməsində, Respublikaçılar Partiyasından olmasının həlledici rol oynadığı bildirilir.


 
Corc  Buş dövründə ABŞ Xəzinə Nazirliyində yüksək vəzifələrdə olan Pauell, dövlət karyerasından əvvəl uzun müddət Dillon, Read & Co ve Carlyle Group kimi investisiya şirkətlərində çalışıb. Hüquq təhsili alan Pauellin maliyyə sahəsində həm dövlət, həm özəl sektor təcrübəsinə malik olmasının namizəd seçilməsində rol oynayan bir başqa amil olduğu qeyd edilir.

 

Pauellin namizədliyinin, pul siyasəti baxımından mövcud Fed Sədri Yellen ilə eyni xətdə dayanması səbəbindən bazarlarda böyük bir "dalğalanma" olacağı gözlənilmir.

03.11.2017 05:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ