Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palatanın əməkdaşları maarifləndiriçi seminarlarda çıxış ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatanın əməkdaşları maarifləndiriçi seminarlarda çıxış ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası istiqamətində Mərkəzi Bank tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə maarifləndiriçi tədbirlərdə iştirak ediblər.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata gədbir çərçivəsində 25 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmiş seminarda Palatanın Stratejı xidmətlər departamentinin aparıcı analitiki Sədrəddin Cavadzadə Azərbaycanda bankçılığın tarixi, bankların ölkə iqtisadiyyatında rolu, sektorun balansı, maliyyə sabitliyi göstəriciləri, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin məqsədi, istiqamətləri və digər mövzuları əhatə edən təqdimat ilə çıxış edərək, seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

31 oktyabr Beynəlxalq Əmanət Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində 120 nəfərə yaxın müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda isə Palatanın Hüquq və icraat departamentinin aparıcı mütəxəssisi Murad Məmmədov «Maliyyə Bazarlarının istehlakçı hüquqlarının qorunması» mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı hüquq pozuntusu aşkar edildikdə Palata tərəfindən atılan addımlar, istehlakçıların hüquqları ilə əlaqədar qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü, həmçinin Palataya mütəmadi olaraq müraciət edən vətəndaşlara göstərilən hüquqi dəstək haqqında məlumatlar iştirakçılara təqdim olunub.

03.11.2017 06:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ