Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Caspian Energy Medical Forum-a qeydiyyat başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Caspian Energy Medical Forum-a qeydiyyat başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Noyabrın 15-də Caspian Energy Forum-un Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçılarının qeydiyyatı başlayıb”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

 

Telman Əliyev forumun açılışında səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni texnologiyanın tətbiqi barədə danışacaq Azərbaycan Reslublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirak edəcəyini qeyd edib.

 

Onun sözlərinə görə, forum çərçivəsində biznesmenlərə həmçinin səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.

 

Biznes-forumda noyabrın 14-dək aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər edə bilərlər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

 

Forumun bütün iştirakçı şirkətləri Caspian European Club-un idarə heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi elə həmin gün təşkil olunacaq ənənəvi CEO Lunch Baku-da açıqlanacaq.

 

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır.

 

Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir.

 

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda  Caspian Energy İnternational Media Group-un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin orta və kiçik biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.  

03.11.2017 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ