Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ehtiyat hissələri bazarında fırıldaqçılıq! - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ehtiyat hissələri bazarında fırıldaqçılıq! - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

100% orijinal ehtiyat hissələri yalnız rəsmi servisdədir!

 

Reklam_3_11

Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan“Euro Style LTD” MMC-nin texniki servis mərkəzinin rəhbəri Asif Rzayev  “Marja.az”ın suallarını cavablandırıb.

 


 

-İlk öncə, işinizin çox olduğu bir dövrdə təklifimizi qəbul edib bizə zaman ayırdığınız üçün Sizə təşəkkür edirik. Vaxtınızı çox almadan icazənizlə birbaşa suallarımıza keçmək istəyirik.

 

Çox sağ olun, buyurun!

 

-Asif müəllim, son dövrlər ehtiyat hissələri mağazalarının sayının artdığı müşahidə olunur. Onların müştəriləri də çoxdur günbəgün də artmaqdadır. Yəqin ki, ehtiyat hissələrinin alınması üçün rəsmi servislərə müraciətlər azalmışdır. Avtomobil markalarının rəsmi servisləri müştərilərininiyə itirirlər?

 

Əslində Volkswagendə biz tam əksini müşahidə edirik. Bəli, son iki ildə qeyri-orijinal, keyfiyyətsiz, bəzən təhlükəli vəhətta saxta ehtiyat hissələri satanların sayı çoxalıb. Amma onu da qeyd edə bilərəm ki, günbəgün qəbul etdiyimiz avtomobilərin sayı nəinki azalmır, hətta artmaqdadır. Bunu Almaniyada Volkswagen tərəfindən hazırlanmış standartlar əsasında qurduğumuz prosedurlar, keyfiyyətli xidmət, müştəriyə verdiyimiz qayğı və dəyər ilə əlaqləndirirəm. Biz, Volkswagen sahiblərinə yalnız orijinal ehtiyat hissələri təklif edirik və satdığımız hər bir ehtiyat hissəsinə 2 il zəmanət veririk. Ümumiyyətlə, rəsmi dilerlərdən başqa hər hansı bir ehtiyat hissəsi satan mağaza satdığı məhsula heç bir zəmanət vermir və buda həmin ehtiyat hissələrinin keyfiyyətindən xəbər verir.

 

-Rəsmi servislər illərdir qeyri-rəsmi mağazalarda satılan ehtiyat hissələrinin keyfiyyətsiz və təhlükəli olduğunu bildirərək müştəriləri özlərinə cəlb etməyə çalışırlar. Amma müşahidə edirəm ki, alıcılar rəsmi servislərə qulaq asmırlar, lazım olan detalları bazarlardan və qeyri-rəsmi ehtiyat hissələrini mağazalardan əldə edirlər. Bəlkə, qeyri-rəsmi mağazalarda qiymətlərin aşağı olmasına baxmayaraq, ehtiyat hissələri deyilən qədər də keyfiyyətsiz deyil? Bəlkə rəsmi satış mərkəzləri qiymətləri çox “şişirdiblər”?

 

Volkswagenin xüsusi “spesifikasiya və keyfiyyət standartları” tələbi var ki, ona təhvil verilən mal da 100% həmin tələblərə cavab verməlidir. Birmənalı olaraq onu qeyd etmək istəyirəm ki, orijinal ehtiyat hissələri keyfiyyət cəhətdən digərlərindən müsbət tərəfə fərqlənir. Bunu nəinki Volkswage-nin özü istehsal etdiyi ehtiyat hissələrində, hətta kənar istehsalçılardan aldığı və avtomobilə quraşdırdığı parçalarda da müşahidə edirik. Məsələn, sirr deyil ki, bir sıra hissələri Volkswagen özü istehsal etmir, digər tədarükçülərdən əldə edir. Lakin bu o demək deyil ki, həmin tədarükçülərin bazara satışa çıxartdığı məhsul Volkswagenin tələb etdiyi ilə eynidir. O ki qaldı qiymətə, təbii ki, xüsusi spesifikasiyası və keyfiyyəti olan hər hansı bir mal digərindən daha baha olmalıdır və bunu artıq müştərilərimizin özü də qəbul edir.

 

Keyfiyyətli ehtiyat hissəsi keyfiyyətli xammal, yüksək texnologiya və bacarıqlı işçi qüvvəsinin sintezindən əmələ gəlir. Sadaladığım hər bir komponentin əldə olunması yüksək maliyyə tələb edir və yekunda hazır məhsulunda qiymətinə təsir etdiyindən malın qiymətində digərlərinə nisbətən bahalıq müşahidə olunur.Yəni onu demək istəyirəm ki, orijinal malda qiymət şişirdilmir, əksinə, malın baha olduğunu və güclü rəqabəti nəzərə alaraq ucuzlaşdırılmasına  doğru tənzimlənir.

 

-Azərbaycanda Volkswagen avtomobilləri üçün ehtiyat hissələrinin satışı hansı vəziyyətdədir? Ehtiyat hissələri əsasən hansı ölkələrdən və istehsalçılardan alınır? Qeyri-rəsmi mağazalarda satılan ehtiyat hissələri barədə nələri deyə bilərsiniz?

 

Geniş miqyasda Volkswagen orijinal ehtiyat hissələrini ölkəmizə yalnız biz idxal edirik. Volkswagen AG-nin bütün ehtiyat hissələri Almaniyanın Kassel şəhərində yerləşən anbarından idxal olunur və lazımi sənədlərlə müşaiyət olunur. Mən mənşə, keyfiyyət və s.sertifikatları nəzərdə tuturam. Məhz bu sənədlər malın orijinallığının sübutudur, onun qablaşdırması yox! Bunu nəyə görə vurğuladım, bəzən onuda müşahidə edirik ki, fırıldaqçılar hər hansı bir çap cihazında orijinal qutunun oxşarını çap etdirib içərisinə keyfiyyətsiz ehtiyat hissəsi qoyub orijinal adı ilə satırlar. Bəzən qeyri-orijinalı daha baha satmaq üçün orijinal ehtiyat hissəsinə fantastik qiymət qoyulur. Müştəri isə inanıb bizdəsatılan orijinalın qiymətinə qeyri-orijinalınıdigər mağazadan alır. Halbuki, heç bir ehtiyat hissəsi satışı şəbəkəmiz yoxdur ki, orada kütləvi olaraq orijinal malın qablaşdırılmasında malarast gəlinsin. Bəli, fərdi şəkildə hər hansı bir mağaza nümayəndəsi müştəri kimi yaxınlaşıb bizdən ehtiyat hissəsi ala bilər, amma bu da o deməkdir ki, həmin hissəni bizdən daha baha qiymətə satmalıdır ki, qazancı olsun.

 

Ümümiyyətlə bütün Volkswagen sahiblərinə tövsiyə edirəm ki, hər hansı bir ehtiyat hissəsini axtaranda birinci rəsmi servisin mağazası ilə əlaqə saxlasınlar. Demək istədiyim budur ki, orijinalın qiymətini biləndən sonra seçim etmək daha asan olacaq və aldanmaq riski minimuma enəcək. Çünki, qiymətlərin dürüstlüyü həm də Volkswagen AG tərəfindən də nəzarətdədir. Bunu üçün facebook səhifəmiz aktiv işləyir, sualları cavablandırır, telefon nömrələrimiz var və s.

 

Bir daha təkrar edirəm 100% orijinal ehtiyat hissələri yalnız rəsmi servisdədir!

 

-Devalvasiyalardan sonra avtomobil sahibləri yağ dəyişmək üçün də yan servislərə üz tutmağa başlamışdır. Buna nə deyirsiniz?

 

Azərbaycana mühərrik yağlarını idxal edən bəlli şirkətlər var və bu şirkətlər bizim kimi müşərilərinə mühərrik yağlarını daha ucuz qiymətə satırlar. Buna səbəb isə bizim onlardan həcmcə külli miqdarda məhsul almağımızdır. Bizim və yan servislərin mühərrik yağının dəyişməsində olan qiymət fərqi yalnız yağ dəyişmə zamanı istifadə olunan filtrin qiymət fərqidir. Məlum məsələdir ki, orijinal mühərrik filtri ilə qeyri-orijinal filtrin qiyməti eyni ola bilməz, amma bəzi avtomobil sahibləri qənaət etmək məqsədilə ucuz versiyanı üstün tuturlar. Bu əslində qənaət deyil. Qeyri-orijinal filtirin yağ süzmək, lazım olan anda lazımi miqdarda və təyin olunan təzyiqdə yağın mühərrikə ötürülmək qabilliyəti heç kim tərəfindən hesablanmayıb. Bu da nəticə etibarilə mühərrikin aşılanmasını sürətləndirir vaxtından öncə resursunun azalmasına gətirib çıxarır. Yekunda mühərrikin təmirinə çəkilən xərc qənaət ediləndən qat-qat artıq olur. Almanlar demişkən: Mən o qədər varlı deyiləm ki, ucuz bir şey alım!

 

-Bir çox avtomobil sahibləri və sığorta şirkətləri bildirirlər ki, rəsmi servislər verdikləri zəmanəti yerinə yetirə bilmirlər.Həmçinin bəzi hallarda rəsmi servislər “zəmanət”dən sui-istifadə edib dəyən ziyanı şişirdirlər. Siz bu ittihamlar ilə razısınız?

 

Təbii ki razı deyiləm. Öz markamızdan danışım.

 

Volkswagen Azərbaycanda hər bir avtomobilinə yürüşdən asılı olmayaraq 2 il zəmanət verir. Yeni Passatlarda bu zəmanət 5 ilə qədər uzadılıb, amma 150 000 km yürüş məhdudiyyəti ilə. Volkswagenin zəmanəti “from bumper to bumber” anlamı ilə təyin olunur. Yeganə bir şərtimiz odur ki, avtomobil bütün dövrü texniki xidmət prosedurlarındantexniki servis mərkəzimizdə vaxtında keçməlidir.

 

Əminliklə bildirirəm ki, heç bir müştəri deyə bilməz ki, biz zəmanət öhdəliklərimizi yerinə yetirməmişik. Həmişə hər bir müştəriyə hətta zəmanət müddəti bitdikdən sonra imkan daxilində maksimal köməklik etməyə çalışmışıq. Buna tam əminliyimizin səbəbi ondan ibarətdir ki, Volkswagen AG yerlərdə olan servislə müştərini üz-üzə qoymur. Bu da o deməkdir ki, servis rəsmisi zəmanətə aid olan hissəni dəyişməklə özünə heç bir ziyan vurmamaqla yanaşı, avtomobil sahibinə kömək etmiş olur. Çünki, həm ehtiyat hissəsini, həm də işçilik məsrəflərini istehsalçı qarşılayır.

 

O ki qaldı “şişirdilmiş ziyan ittihamlarına” – onlar əsassızdır! Müstəqil qiymətləndirmə şirkətləri var. Və bu tipli ittihamlar irəli sürənlər hər bir qəzaya uğramış avtomobil üçün tərtib etdiyimiz qüsur aktını ekspertizaya həmin qiymətləndirmə şirkətlərinə göndərə bilərlər.

 

Burada başqa bir məqam ortaya çıxır – təmir üsulları və istifadə olunan hissələr.

 

Servisimizdə bütün təmir işləri istehsalçı zavod tərəfindən tərtib olunmuş texniki reqlament əsasında aparılır. Bu reqlament avtomobilin tam saz vəziyyətini, onun sərnişinlərinin,əlavə olaraq da nəqliyyat hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin edir. Əgər reqlament üzrə zədələnmiş hissə dəyişməlidirsə, biz onu dəyişirik, təmir etmirik. Bu da məsrəfi artıra bilər. Amma müştərilər də başa düşməlidir ki, bu ilk növbədə onların təhlükəsizliyidir.

 

Məsələn, “orta dayaq” deyilən ban hissəsi yandan zərbə zamanı sürücü və sərnişinləri qoruyur. Reqlamentə əsasən həmin “dayaq” deformasiyaya məruz qalarsa dəyişməlidir. Çünki, təmir olunduğu halda artıq öz ilkin xüsusiyyətlərini və dayanıqlığını itirir. Bu isə təkrar qəza zamanı sürücü və sərnişinlərin həddindən artıq zədə almasına gətirə bilər.

 

-Siz servis və ehtiyat hissələri işini necə qurmusunuz?

 

Servisimizin iş prinsipi alman standartları ilə qurulub. Ən qəliz təmir işləri üçün lazım olan bütün avadanlıqlar və xüsusi alətlər mövcuddur, mütəxəssislərimiz xarici ölkələrdə məşğələlərdə iştirak edib, imtahan verib sertifikatlar alırlar. Yalnız orijinal ehtiyat hissələri və sürtgü materialları istifadə edirik. Bu da imkan verir ki, gördüyümüz hər bir işə 2 il zəmanət verək. Bundan əlavə özünüz gördüyünüz kimi müştərilərin rahatlığı üçün servisin gözləmə zalındaən yüksək şərait qurulmuşdur. Hər bir təmirdə olan avtomobilin iş prosesi sahibi tərəfindən rahatlıqla izlənilə bilir.

 

-İtirilmiş  müştəriləri yenidən özünüzə cəlb etmək üçün hansı addımları atmağı planlaşdırırsınız?

 

Müştəri məmnuniyyəti bizim üçün ən önəmli meyyardır və Volkswagen sahiblərinin servisdən razılıqlarını yüksək səviyyədə saxlamaq üçün əlimizdən gələni edirik. Amma təbii ki, səhvlərimiz yoxdur desəm yanlışlıq etmiş olaram. Məhz onun üçün bir neçə əlaqə vasitəsi üzərindən müştərilərimiz öz irad, şikayət və təkliflərini bizə bildirə bilərlər. Facebook səhifəmiz, *5588 telefonu, servisdə olan rəhbərlə birbaşa əlaqə telefonu və s. Bir servis rəhbəri olaraq, qapım hər bir müştəriyə açıqdır və daima konstruktiv şikayət və təklifləri eşitməyə və kollektivin iştirakı ilə kömək etməyə hazıram.

 

Aylarla apardığımız sorğuların nəticəsi olaraq məlum olub ki, müştərilərimiz əsasən orijinal ehtiyat hissələrinin qiymətinin bahalığından narazılıq edirlər. Bu da anlaşılandır. Çünki,yuxarıda qeyd etdiyimiz kimi, Almaniyadan idxal edilən ehtiyat hissələrinin qiyməti qeyri-orijinallardan,xüsusilə məzənnə dəyişikliklərindən sonra fərqlənir. Bunları nəzərə alaraq biz hər il xüsusi aksiyalar, kampaniyalar keçiririk ki, hər bir Volkswagen sahibi yararlana bilsin. Bu ildə istisna olmayacaq.

 

Əlavə olaraq onu bildirmək istəyirəmki, 2017-ci ildə Volkswagenin Azərbaycanda fəaliyyət göstərməyin 20 illiyidir. 1997-ci ildə istehsalçı ilə müqavilə imzalayıb əməkdaşlığa başlamışıq. 20 illik yubileyimizi nəzərə alaraq xüsusi bir aksiya hazırlamaq qərarına gəldik və “İl boyu endirim” adlı bir aksiyayastart veririk. Bu gündən etibarən2018-ci ilin dekabrınadək hər ay müəyyən adda və sayda orijinal ehtiyat hissələrinə 20% endirim edəcəyik. Bu isə imkan yaradacaq ki, Volkswagen sürücüləri il boyu endirimli qiymətlərdən faydalanıb avtomobillərini hər mövsümdə daha saz vəziyyətə gətirsinlər.

 

Noyabr ayında asqı sisteminə aid olan bir sıra hissələr 20% daha ucuz olacaq. Bu aksiya bütün modellərə şamil olunur. Növbəti ayda isə endirimdə olacaq hissələrcari ayın 20-dən sonra açıqlanacaq.

 

-Aksiya çərçivəsində ediləcək endirim, alınıb aparılacaq ehtiyat hissələrinə də şamil ediləcək? Yoxsa endirimlə alınan detal mütləq servisdə avtomobilə quraşdırılmalıdır?

 

Aksiya yalnız servisimizdə dəyişilən ehtiyat hissələrinə aiddir. Bir məqamı vurğulayım ki, xidmət haqlarımız kənar servislərdən fərqlənmir, hətta bir sıra işlərdə daha ucuzdur. Ona görə müştərilər həmin hissələri servisdə dəyişməklə büdcələrinə qənaət edəcəklər.

 

-Hörmətli Asif müəllim, bir daha müsahibə üçün təşəkkür edirik və həqiqətən də avtomobil servis işində bu qədər incəliklərin olmasını və onların həll yollarını bizə izahlı olaraq aşıladığınız üçün minnətdarıq.

 

Buyurun, mən də öz növbəmdə maraqlı və düşünülmüş suallarınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, müsahibəmiz oxucularınız üçün maraqlı və faydalı olacaq. Yekunda bir daha Volkswagen sahiblərini rəsmi servisə təşrif buyurmağasəsləyirəm.  Hər hansı şayələrə inanıb rəsmi servisdən qorxmayın. Gəlib əyani olaraq özünüz tanış olub keyfiyyətli və zəmanətli xidmətdən yararlanın.

 

Volskwagen Bakı Mərkəzi

Ünvan: Bəbək pr-i, 35A

Telefon: *5588; 012 514 58 58

E-mail: [email protected]

Web:www.volkswagen.az

FB: www.facebook.com/VolkswagenAZ/

Instagram: www.instagram.com/volkswagen_azerbaijan/

13.11.2017 18:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ