Oktyabrda əmlakın icbari sığortası üzrə 11 minə yaxın müqavilə bağlanıb
2017-ci ilin oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 10 929 sığorta müqaviləsi bağlanmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 207 063 manat təşkil etmişdir.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8225-i yaşayış evləri və mənzillər, 145-i inzibati binalar, 2559-u isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 42% azalma, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilmişdir.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 352, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 20 790 manat təşkil etmişdir.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 2 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 930 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
7 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
9 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl