"WhatsApp" messencer proqramında yaranmış problem aradan qaldırılıb.
Trend-in məlumatına görə, bundan əvvəl istifadəçilər bir-birinə mesaj göndərə bilmirdilər.
Məsələ ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.
XXX
Dünyanın ən məşhur ağıllı telefon proqramı Whatsapp-da problemi yaşanır. Qısası, Whatsapp çöküb. Whatsapp nə vaxt düzələcək?
"Marja" xəbər verir ki, Avropa ölkələrində də müşahidə olunan problem, Azərbaycanda da mövcuddur.
İstifadəçilərin 60%-i xidmətdən istifadə edə bilmir, 25%-i mesaj almaqda çətinlik çəkkir, 14%-i giriş edə bilmir.
Whatsapp-ın nə vaxt düzələcəyi ilə bağlı isə hələ bir açıqlama edilməyib.
Avropanın böyük hissəsində görülən problemin böyüklüyü Downdetector adlı saytın məlumatları ilə görünə bilər.
Canlı səhv xəritəsinə və dünya mətbuatındakı məlumatlara görə, Avropadan başqa, Hindistan və Cənub-Şərqi Asiyadakı bəzi ölkələrdə də Whatsapp çökmüş vəziyyətdədir.