Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

HTC yeni telefonunu təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
HTC yeni telefonunu təqdim edib

Tayvanın ağıllı telefon istehsalçısı HTC, daha böyük bir ekran və uzunömürlü batareya ilə təchiz olunan "U11+" modelini təqdim edib. "Marja" xəbər verir ki, Telefon, bir əvvəlki modeldən daha nazikdir.


 
"IP68" sertifikatı ilə, su və toza qarşı dözümlülüyə malik "HTC U11+", 18:9 nisbətində 6 düyümlük ekranından 2K görüntülər verir. "Gorilla Glass 5" isə ekranı zərbələrə qarşı qoruyur.

 

Ekranın qarşı üzdə örtdüyü sahəni artıran HTC, daha böyük bir ekranı, ələ rahat oturan bir dizaynda təqdim edir. Buna nail olmaq üçün, bir əvvəlki model "U11"də öndə olan barmaq izi oxucusu telefonun arxa tərəfinə köçürülüb.
 


"HTC U11+", "DxOMark"dan 90 bal alan "HTC U11"dən daha da yaxşı bir kamera ilə gəlir. 12 MP "UltraPixel 3" arxa kamera, f 1,7 diafraqma aralığına və optik görüntü möhkəmləndirmə qabiliyyətinə malikdir. 8 MP ön kamera isə "HDR Boost" və parazit azaltma xüsusiyyətləri ilə təchiz edilmişdir.
 


"Google"ın ən yeni əməliyyat sistemi "Android 8.0 Oreo" ilə gələn "U11+", gücünü "Qualcomm Snapdragon 835" mobil prosessordan alır. Ağıllı telefonun batareyası isə 3.930 mAh-dır.


 
HTC-nin telefonun çərçivəsini sıxaraq qarşılıqlı əlaqəyə keçilməsini təmin edən " Sense" texnologiyası "U11+"da da yer alır. Yumşaq bir sıxma hərəkət kameranı işə salır, səsli assistentə və ya istədiyiniz hər hansı bir proqrama daxil olmaq mümkün olur.
 


"HTC U11+"ın Avropa qiyməti 799 avro olaraq açıqlanıb. 20 Noyabrda telefonun sifarişlərinin qəbuluna başlanacaq.

03.11.2017 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ