Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“FINCA Azerbaijan” ötən ilki vəziyyətini şərh etdi - "Çətinliklərlə üzləşdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“FINCA Azerbaijan” ötən ilki vəziyyətini şərh etdi - "Çətinliklərlə üzləşdik"

“FINCA Azerbaijan”ın 2016-cı il maliyyə hesabatı barədə mətbuat üçün açıqlama yayıb. 

 

Təşkilatdan "Marja"ya daxil olmuş açıqlamada bildirilir ki, 2015-ci ilin sonunda ölkədə manatın ikinci dəfə devalvasiyasından sonra bazardakı digər maliyyə qurumları kimi “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı da kredit portfelinin keyfiyyətinin qorunmasında müəyyən çətinliklərlə üzləşdi:

 

"Təşkilat 2016-cı ildə əsas diqqətini əməliyyat xərclərini optimallaşdırmağa və işlək olmayan aktivlərin mənfi təsirini azaltmağa yönəltdi. Bütün atılan addımlara baxmayaraq, Təşkilat 2016-cı ildə əsasən gecikmiş kredit portfeli üçün artmış proviziya xərcləri səbəbindən ili zərərlə başa vurdu.


Təşkilat 2016-cı ildən etibarən xərclərini əhəmiyyətli dərəcədə azaltmış və əsas diqqəti səmərəliliyin artırılması istiqamətində cəmləşdirməklə 2017-ci ildə iqtisadi adaptasiya prosesini yekunlaşdıraraq müsbət nəticələr əldə etmişdir".

 

Açıqlamada qeyd olunur ki, “FINCA Azerbaijan” hesab edir ki, mürəkkəb dövr artıq geridə qalıb və biznes fəaliyyətinin yenidən yüksəlməsi sayəsində 2018-ci ildə müsbət artımlar olacaqdır. Hazırda Təşkilatın nizamnamə kapitalı bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 10 dəfədən də çoxdur. Bu il defisint aradan qaldırılıb və təşkilatın cəmi kapitalı müsbətdir.


FINCA Azerbaijan” “FINCA Impact Finance” qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir. “FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir. Şəbəkənin əsas sahibi aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və qeyri-kommersiya qurumu “FINCA International”dır.

 

Xəbər verdiyimiz kimi, 2016-cı ildə “FINCA Azerbaijan”ın öhdəlikləri aktivlərini üstələyib və kapitalında defisit yaranıb. Ətraflı:http://marja.az/news/15395

03.11.2017 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ