“PMD Group” 100-dən çox yerli şirkət üçün seminar-görüş keçirdi

Öncədən də xəbər verdiyimiz kimi “PMD Group” MMC icra etdiyi layihələrə yeni şirkətlərin cəlb olunması, eləcə də onlarla davamlı və uğurlu əməkdaşlığı təmin etmək üçün mövcud satınalma qaydalarını təqdim etmək məqsədi ilə  31 oktyabr  Boulvard Oteldə seminar-görüş keçirmişdir.

 

Görüşdə 100-dən  çox yerli şirkət iştirak etmişdir. Tədbiri giriş sözü ilə “PMD Group” MMC-nin Maliyyə və İnzibati İşlər üzrə direktoru Dayanat Sadullayev açmışdır.

 

O, öz çıxışı zamanı şirkətin keçdiyi yol, gördüyü işlər və davam edən layihələr haqqında məlumat vermişdir.

 

Daha sonra söz PMD Group MMC-nin Təchizat şöbəsinin müdiri Tural Vəzirova verilmişdir. Tural Vəzirov şirkətin keçirdiyi Satınalma proseduraları haqqında, tenderlərin keçirilmə qaydaları haqqında ətraflı çıxış etmişdir. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

 

Tədbirdən sonra iştirakçı şirkətlərin “PMD Group” MMC-nin  layihələrinə cəlb olunması üçün anket formasında ixtisas uyğunluğu forması birbaşa təqdim olunmuşdur.

3 Noyabr 2017, 16:16   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin