Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qatar Airways-dən möhtəşəm kampaniya!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qatar Airways-dən möhtəşəm kampaniya!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qatar Airways Bir bilet qiymətinə iki ədəd Biznes sinfi bileti və iki bilet qiymətinə üç ədəd Ekonom Sinfi bileti təklif edir.


 

Reklam_3_11

Qatar Airways aviaşirkəti fəaliyyətinin 20-ci ildönümünü qeyd edir və bu münasibətlə həm Ekonom sinfi, həm də Biznes sinfi üçün inanılmaz tariflər təklif edir.  Bundan əlavə, 20 şanslı qalibə Privilege Club Gold üzvlüyü qazanmaq şansı və özünün genişlənən qlobal şəbəkəsinin Privilege Club üzvlərinə gedəcəyi yeri seçmək üçün biletlərə 50 faizədək endirim təklif edir.

 

Aviaşirkət 01 – 10 Noyabr, 2017 –ci il tarixlərini əhatə edəcək fəaliyyətinin 20-ci ildönümü münasibətilə keçirdiyi hədiyyəli xüsusi aksiyada bir bilet qiymətinə iki ədəd Biznes sinfi bileti və iki bilet qiymətinə üç ədəd Ekonom Sinfi bileti təklif edir.

 

Bu eksklüziv təkliflər 01 Noyabr 2017-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixləri arasında ediləcək səyahətlər üçün etibarlıdır.

 

Qatar Airways şirkətinin Baş Kommersiya Müdiri Cənab Ehab Amin bildirmişdir:

 

“Biz fəaliyyətimizin 20-ci ildönümü münasibətilə bu möhtəşəm kompaniyaya star verməkdən çox məmnunuq. Bu, bizim sadiq sərnişinlərimizə təşəkkür etməyimiz üçün xüsusi bir ildir və belə ki, sadiq sərnişinlərimizin Bizimlə birlikdə olduqları bu uğurlu 20 illik fəaliyyəti bizimlə birlikdə qeyd etmək üçün bizə qoşula bilməsini təmin etmək məqsədilə həm Ekonom sinfi, həm də Biznes sinfi üçün fantastik tariflər təklif etməkdən məmnunluq duyuruq.

 

Növbəti biznes səfərləri və ya istirahət üçün səfərlərini bizim 150-dən çox istiqaməti əhatə edən qlobal şəbəkəmiz vasitəsilə etməyi planlaşdıran dünyanın istənilən yerindən olan sərnişinlər bu unikal təklifimizdən faydalana bilər.”

 

Aviaşirkətin fəaliyyətinin 20-ci ildönümü münasibətilə keçirilən kampaniya ilə barəbər, Qatar Airways 26 Oktyabr 2017-ci il tarixindən etibarən özünün sosial mediya kanallarında 20 günlük kompaniya başlamışdır.

03.11.2017 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ