Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən dəyərli şirkəti mövqeyində olan ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 900 milyard dollara çatıb. Texnologiya nəhəngi tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.


 

 
"Marja" xəbər verir ki, Apple-ın səhminin dəyəri dünəni 168,11 dollardan bağlamasının ardından, bu gün Nyu-York birjasının açılması ilə 3,65 faiz bahalaşıb və 174,26 dollara qədər qalxıb.


 
Beləliklə, şirkətin bazar dəyəri 900 milyard dollara çatıb və Apple tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.


 
Apple, dünən açıqladığı balansında, bu ilin iyul-sentyabr dövründə xalis mənfəətinin, ötən ilin eyni dövrü ilə müqayisədə, 18,9 faiz artımla 10,71 milyard dollara çatdığını, gəlirlərinin də 12,2 faiz yüksələrək 52,58 milyard dollar olduğunu açıqlamışdı.


 
Bundan başqa, şirkətin, iPhone, iPad və Mac satışları, Applecare və Applepay kimi xidmətlərdə, Apple TV və Apple Watch kimi məhsullardan əldə etdiyi gəlirlərdə də ildən ilə artım görülmüşdü.
 


Mütəxəssislər, Apple-ın güclü maliyyə göstəriciləri sayəsində şirkətin səhmlərinə tələbatın artdığını bildirərək, iPhone X satışlarının da yüksək olması vəziyyətində şirkətin oktyabr-dekabr dövrünə dair maliyyə göstəricilərinin güclü gözləndiyini vurğulayırlar.


 
Apple-ın yeni ağıllı telefon modeli iPhone X bu gün bazara çıxarılıb.

03.11.2017 17:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ