Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan narçılarının ABŞ-a səfərləri təşkil olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan narçılarının ABŞ-a səfərləri təşkil olunacaq

Bu gün çox gözəl və əlamətdar bir gündür. Göyçayda keçirilən XII Nar festivalında iştirak etdiyimə görə çox şadam. Bu bayram tədbiri Azərbaycanda nar istehsalçılarının əldə etdiyi məhsulların təbliği və satışının artırılması baxımından çox faydalıdır.

 

Bunu noyabrın 3-də Göyçayda keçirilən XII Nar festivalında iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib.

 

O qeyd edib ki, ABŞ uzun müddətdir nar istehsalının artırılması üçün Azərbaycanla əməkdaşlıq edir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda nar istehsalı ilə məşğul olan fermerlərin ABŞ-a səfərləri təşkil olunacaq. Onlar ABŞ-da kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinə qoşulacaq, müasir becərmə və istehsal prosesi ilə bağlı biliklərə yiyələnəcəklər. Həmçinin Azərbaycanın nar istehsalçıları ABŞ fermerləri ilə öz təcrübələrini bölüşəcəklər.

 

“Ölkənizdə narçılıq inkişaf etdirilir. Bu, çox yaxşı haldır. İlk dəfədir ki, Göyçayda oluram, gözəl şəhərdir. İnsanları mehriban və qonaqpərvərdir. Mən ilk dəfə burada eşitdim ki, Göyçayda narın 67 sortu yetişdirilir. Nar və onun qabığından 20-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu, çox möcüzəvi meyvədir”, - deyə Robert Sekuta bildirib.

 

Diplomat bu bayramda iştirak etməklə, indiyədək heç bir yerdə yemədiyi narın dadına baxmaq fürsəti qazandığını söyləyib: “Çox şadam ki, göyçaylılarla birgə bu gözəl məhsul bayramını qeyd edirəm. Burada insanların xarici qonaqlara isti münasibətini görürəm. Narçılıq gəlirli sahədir və düşünürəm ki, kəndlilər bu sahəni daha da inkişaf etdirməkdə maraqlıdır”.

 

© Azərtac

03.11.2017 18:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ