Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın 13 bankı zərər içindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 13 bankı zərər içindədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank sektorunun cəmi mənfəəti 18 bankın cəmi mənfəətindən azdır


 

2017-ci ilin yanvar-sentyabr dövründə bank sektorunun xalis mənfəəti 479,7 milyon manat təşkil edib. Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Azərbaycanda 31 bank fəaliyyət göstərir.

 

“Marja”nın məlumatına görə, diqqəti çəkən Bank sektorunun cəmi mənfəətinin 18 bankın, o cümlədən Beynəlxalq Bankın, Kapital Bankın və PAŞA Bankın cəmi mənfəətlərindən az olmasıdır.

 

"Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "PAŞA Bank", “Bank Silk Way”,"Yapı Kredi Bank Azərbaycan",“AtaBank”, “NBC Bank”, “Ziraat Bank Azərbaycan” ASC, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “ExpressBank, "Bank Melli İran" Bakı filialı, “Bank VTB Azərbaycan”, “Rabitəbank”, “GünayBank”, “Naxçıvanbank”, "Xalq Bank", “AzərTürkBank” 2017-ci ilin 9 ayını xalis mənfəətlə başa vurmuşlar. 18 Bankın cəmi mənfəəti 616,5 milyon manata bərabər olub.

 

Bank sektorunun cəmi xalis mənfəətinin 18 bankın xalis mənfəətindən az olması, digər 13 bankda zərərlərin olduğuna işarə edir. Həmin bankların cəmi zərərləri 140 milyon manata yaxındır.

 

Qeyd edək ki, 2017-ci ilin 9 ayını Azərbaycan Beynəlxalq Bankı 469 milyon 893 milyon manat, “Kapital Bank” ASC 57 milyon 636.13 min manat , “PAŞA Bank” isə 29 milyon 70 min manat xalis mənfəətlə başa vurmuşdu. 

04.11.2017 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ