Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2021-ci ildə orta aylıq əmək haqqı 600 manata çatmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
2021-ci ildə orta aylıq əmək haqqı 600 manata çatmayacaq

 Gələn il Azərbaycanda əhalinin gəlirlərinin xərclərini 17,9% üstələyəcəyi proqnozlaşdırılır.

 

Belə ki, 2018-ci ildə əhalinin gəlirləri 55 milyard 389,9  milyon manat, xərcləri 46 milyard 966,1 milyon manat olacağı gözlənilir. 2019-cu ildə gəlirlərin xərcləri 19,8% üstələyəcəyi və gəlirlərin 58 milyard 812,3 milyon manat, xərclərin 49 milyard 100,5 milyon manat olacağı proqnozlaşdırılır.


Bu barədə  İqtisadiyyat Nazirliyinin 2018-ci ilə və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.


2020-2021-ci illərdə əhalinin gəlirlərinin müvafiq olaraq 61 milyard 55,5 milyon manat və 62 milyard 492,6 milyon manat, xərclərinin 53 milyard 404,2 milyon  manat və 57 milyard 18,8 milyon manat olacağı nəzərdə tutulur. Beləliklə, gəlirlərin xərcləri üstələməsi 2020-ci ildə 14,3%, 2021-ci ildə 9,6%-ə enəcək.


Növbəti ildə Azərbaycanda orta aylıq əmək haqqının 2017-ci illə müqayisədə real ifadədə 0,5% artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Daha sonrakı 3 ildə isə ardıcıl olaraq, 2019-cu ildə 562,6 manat, 2020-ci ildə 575 manat və 2021-ci ildə 585,5 manat olacağı nəzərdə tutulur.

 

© Report

04.11.2017 07:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ