Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya-Azərbaycan sərhədində etiraz aksiyası - GÖMRÜK GERİ ADDIM ATDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya-Azərbaycan sərhədində etiraz aksiyası - GÖMRÜK GERİ ADDIM ATDI

Azərbaycan və dağıstanlı sürücülərin etiraz aksiyasından sonra bir gömrükçü işdən çıxarılıb


 

Dağıstanın rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" keçid məntəqəsində baş verən insidentin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi tapşırıb.


 
"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, oktyabr ayının 31-də Rusiya-Azərbaycan sərhədində bir qrup sürücü etiraz aksiyası keçirib. Aksiya iştirakçıları iddia edib ki, Dağıstan gömrükçüləri onlardan rüşvət tələb edib. Bundan başqa, sürücülər gömrükçülərin onlara qarşı təhqiramiz ifadələr işlətdiyini də bildirib.


 
Aksiyada 200-dək dağıstanlı və azərbaycanlı sürücü iştirak edib. Onların sözlərinə görə, dağıstanlı gömrükçülərin yaratdığı bürokratik əngəllər səbəbindən ağırtonnajlı nəqliyyat vasitələrində olan yüklər xarab olur. Noyabrın 3-dən etibarən, yəni etiraz aksiyasından sonra maşınların buraxılışı nisbətən sürətlənib.


 
Yerli gömrük xidmətinin rəis müavini Hacımurad Şamxalov bildirib ki, dağıstanlı sürücüləri təhqir edən gömrükçü artıq işdən çıxarılıb.
 


Dağıstan rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda əsas məqsəd yaranan gərginliyin aradan qaldırılmasıdır.


 
V. Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağa və onu hesabat verməyi tapşırıb. 

 

© APA

04.11.2017 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ