Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın daha 2 bankı birləşmək üçün danışıqlar aparır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın daha 2 bankı birləşmək üçün danışıqlar aparır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın 2 bankı - NIKOIL Bank və AccessBank birləşmə barəsində danışıqlar aparıldığı bildirilir.  "Marja" xəbər verir ki, bu barədə "Trend" Agentliyinə bank bazarındakı mənbə deyib.

 

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçməsindən gedir.

 

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. AccessBank 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və AcessHolding-dir.

 

NIKOIL Bank-ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri Vahid Ələkbərovdur.

 

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.

 

XXX

 

Mütəxəssislər AcessBank və NikoilBankın birləşə biləcəyini inandırıcı görmürlər. 

 

"AccessBank"ın səhmdarları 34.85 milyon manat və 20 milyon manat məbləğində olmaqla bu il Bankın nizamnamə kapitalını iki dəfə artırıblar.

 

Qeyd edək ki, bundan əvvəl mətbuat Bank Resbulika ilə Rabitəbankın və Bank of Baku ilə AFB Bankın birləşəcəyi barədə məlumat yayıb. Bank of Baku və AFB Bank məlumatı təkzib ediblər.

 

XXX

 

Xəbər verdiyimiz kimi, 07 Dekabr 2017-ci il tarixində "Nikoyl" İKB ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcəkdir.


 
İclasın gündəliyinə;
 
-Bankın nizamanmə kapitalının artırılması,
-Bankın nizamnaməsinə dəyişiklik edilməsi,
-Audit Komitəsinin tərkibndə dəyişiklik aparılması,
-Yığıncağın gündəliyində duran digər məsələlər daxildir.


 
Yığıncaq Bakı şəhərində keçiriləcəkdir.


 
Qeyd edək ki, “Topaz İnvestments” 2008-ci ildən etibarən bankın əsas səhmdarıdır. Bankın nizamnamə kapitalı  184 milyon 500 min manat təşkil edir. NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:
 


- "TOPAZ İNVESTMENTS" QSC - 91,84%
 -FİZİKİ ŞƏXSLƏR - 7,97%
- "ISR HOLDING" MMC - 0,19%
 
Qeyd edək ki, Bankın nizamnamə kapitalı 184 milyon manatdan çox olsa da ötən il və bu il yığılmış zərər məcmu kapitalı kəskin aşağı salıb. Bu səbəbdən Banka yenidən sərmayə yatırılmasına ehtiyac var.
 
Mətbuatda çıxan xəbərə görə, “Nikoil Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat və yaxud 19,24% artırılaraq 220 milyon manata çatdırılacaqdır.

 

© Trend, Marja

05.11.2017 17:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ