Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

70 ilin ən varlı FED sədri olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
70 ilin ən varlı FED sədri olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump, Fed sədri üçün Cerom Pauellı (Jerome Powell) namizəd göstərib.   


 
"Marja" xəbər verir ki, namizədliyinin ABŞ Senatında təsdiq olunması halında  2018-ci ilin Fevral ayında Fed-in "sükanı" arxasına keçəcək Pauell, 1940-cı ildən bu yana ən varlı Fed sədri olacaq. Pauellin sərvətinin, maliyyə sektorundakı "uğurlu" karyerası sayəsində təxminən 55 milyon dollara çatdığı güman edilir.


 
Siyasət və hüquq sahələrində təhsil alan Pauell, Fed-in təxminən 40 ildir ki, "iqtisadiyyat təhsili olmayan" sədri olacaq. Banka 1978-ci ildən sonra sədr olan Paul Volcker, Alan Greenspan, Ben  Bernanke və Janet Yellenin iqtisadiyyat sahəsində doktorluq dərəcələri var.

 

İLLİK 1 DOLLAR MAAŞ ALIB


 
Prinston Universitetində siyasət və Corctaun Universitetində hüquq təhsili alan Pauell, peşəkar karyerasına hüquq sahəsində başlamasına baxmayaraq bir neçə il sonra maliyyə sektoruna transfer olub. 1984-1990-da Nyu-Yorkda "Dillon Read and Co" investisiya bankında çalışan Pauell, Corc Buş dövründə ABŞ Xəzinə Nazirliyində çalışıb. Təxminən 3 il davam edən karyerasının ardından yenidən maliyyə sektoruna dönən Pauell,"Carlyle Group", "Severn Capital Partners" ve "Global Environment Fund"  kimi investisiya şirkətlərində uğurlu işlərə imza atıb. Pauell, 2010-cu ildə maliyyə sektorundakı yüksək qazanclı işlərindən, ildə yalnız 1 dollar maaş qarşılığında "Bipartisan Policy Center" qeyri-hökumət təşkilatına qatılmaq üçün imtina edib.

 

BAZARLAR PAUELLƏ TEZ İSİNDİ


Keçmiş Fed Sədri Ben Bernankenin "mülayim" və "yolagələn" olmasına bənzədilən Pauell 2012-ci ildən bu yana verilən bütün faiz qərarlarına müxalif olmayıb. Bu səbəbdən onun Fed-i hazırkı yolundan döndərməyəcəyi gözlənilir. Analitiklər bankın siyasətlərində dəyişikliyə getməməsinin bazarlar üçün müsbət olacağını bildirirlər.
 

 

SENATIN RAZILIĞI  


 
Trump-ın Fed Sədri namizədini Senatın təsdiq edib-etməyəcəyi maraqla gözlənilir. Trump-ın mövcud Fed sədri Janet Yellenı yenidən namizəd göstərməməsindən razı olmayan Demokratların, Pauellə dəstək verib-verməyəcəkləri məsələsində bəzi şübhələr var. Pauellin Fed Sədri namizədliyinə 5 il əvvəl qarşı çıxan ifrat mühafizəkar Respublikaçıların, yenidən qarşı çıxıb çıxmayacaqaları da bilinmir. Bunlarla bərabər Pauellin Respublikaçı olmasının və Obama tərəfindən təyin olunmasının, Fed Sədrliyinin təsdiq olunması üçün lazım olan 51 səsi alacağına kömək edəcəyi ehtimal edilir. Razılıq prosesinin təxminən 2 ay davam etməsi gözlənilir.

06.11.2017 04:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ