Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tarixin ən böyük texnologiya satınalması baş verə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixin ən böyük texnologiya satınalması baş verə bilər

Dünyanın ən iri çip istehsalçılarından biri olan "Broadcom", 100 milyard dollarlıq təkliflə başqa bir böyük istehsalçı "Qualcomm"u satın almaq istəyir. Razılaşma baş tutarsa 200 milyard dollarlıq nəhəng bir şirkət "doğulacaq".


 
"Marja" Qərb mətbuatına istinadən xəbər verir ki, texnologiya nəhəngi "Broadcom", başda "Apple", "Samsung" və "LG" olmaqla  bir çox markaya çip istehsal edən "Qualcomm"u satın almaq üçün təklif təqdim edib.

Reklam_3_11


 ABŞ mətbuatında üç müxtəlif mənbəyə istinadən çıxan xəbərlərdə, bir səhmə ən azı 70 dollardan 100 mmilyard dollar həcmindəki təklifin qəbul edilməsi halında tarixin ən böyük texnologiya satınalmasının baş verəcəyi qeyd olunub. "Broadcom"un nağd pul axını üçün 5 böyük bankla birlikdə çalışdığı da qeyd olunur.


 
Ağıllı telefonlar üçün çiplər istehsal edən dünyanın ən böyük şirkətlərinin eyni "çətir" altında birləşməsi halında 200 milyard dollarlıq nəhəng bir şirkət ortaya çıxacaq.


 
Digər tərəfdən, Hollandiyanın yarımkeçirici və çip istehsalçısı NXP-ni satın almaq üçün "Qualcomm"un təqdim etdiyi 38 milyard dollarlıq təklifin aqibətinin nə olacağı da maraq mövzusudur. 

06.11.2017 05:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ