Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Texasda kilsədə qətliyam: 26 ölü, 30 yaralı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Texasda kilsədə qətliyam: 26 ölü, 30 yaralı

 

ABŞ-ın Texas ştatında, kilsəyə girən bir şəxsin atəş açması nəticəsində 26 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

TƏCAVÜZKARIN KİMLİYİ MƏLUM OLUB


 

Texas hücumunu həyata keçirən şəxsin 26 yaşlı ABŞ vətəndaşı Devin Patrick Kelley olduğu açıqlanıb. Hadisənin teror hadisəsi olduğu hesab edilmir. 


 
Təcavüzkar 2009-2013-ci illər arasında ABŞ Hava Qüvvələrində işləyib. Bundan başqa, təcavüzkarın İncil məktəbində qısa müddətə müəllimlik etdiyi də bildirilir. Hadisəni törədən polisdən qaçan zaman öldürülüb.

 

 Texas Polisi vətəndaşlara "evlərinizdən çıxmayın" xəbərdarlığını edib.


 
Digər tərəfdən, ayin zamanı 2, 4, və 6 yaşlarında 3 uşaq və keşişin 14 yaşlı qızı həyatını itirib.  
 
  
 
ABŞ Prezidenti Donald Trump, Twitter hesabından bir mesaj paylaşıb.
 

 

Trump, "Tanrı Texas Sutherland-dakı insanların yanında olsun. FBI və təhlükəsizlik qüvvələri hadisə yerindədir. Prosesləri Yaponiyadan izləyirəm" ifadəsini istifadə edib.

 

Digər tərəfdən, Texas Qubernatoru Qreq Abbot, kilsədə baş verən hücum üçün "Texas tarixində ən qanlı silahlı hücum" ifadələrini istifadə edib.

06.11.2017 05:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ