Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan üzrə portfeli 2 milyard dollardan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan üzrə portfeli 2 milyard dollardan çoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin "Tekfen" şirkətinin hazırda Azərbaycan üzrə portfeli 2 mlrd. 92 mln. 204,632 min dollar təşkil edir.

 

Şirkət layihələrdə iştirak etmək üçün müvafiq tenderlərin qalibi olub.

 

"Tekfen"in təqdim etdiyi rəqəmlərdən məlum olur ki, şirkətin Azərbaycandakı ən iri layihəsi Səngəçal terminalının ("Şahdəniz-2" layihəsi çərçivəsində) tikintisidir. Layihənin ümumi dəyəri 480 mln. 318,763 min dollar təşkil edir. Terminalın tikintisinin 91,1%-i başa çatıb. Qalan işlər 42 mln. 560,903 min dollar həcmində dəyərləndirilir. Tikinti işləri cari ilin oktyabr ayının 14-də başa çatmalı idi.

 

Türkiyənin tikinti nəhənginin Azərbaycanda reallaşdırdığı ikinci ən iri layihə SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisidir ki, onun dəyəri 414 mln. 237,659 min dollar həcmində ölçülür. Tikintisi bu ilin avqust ayının 15-də başa çatmalı olan layihənin 99,2%-i tamamlanıb.

 

"Şahdəniz-2" layihəsi çərçivəsində dəniz üst platformasının emalı və montajının dəyəri 315 mln. 810,027 min dollar təşkil edir ki, bu işləri də "Tekfen" həyata keçirir. Şirkətin təqdim etdiyi rəqəmlərdən məlum olur ki, işlərin 99,4%-i başa çatıb və dəyəri 1 mln. 792,284 mln. dollar təşkil edən işlərin reallaşdırılması qalıb. Ümumilikdə işlərin 2017-ci ilin dekabrın 31-də başa çatdırılması proqnozlaşdırılır.

 

Heydər Əliyev prospektində yerləşən Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisi də "Tekfen"ə həvalə olunub. Dəyəri 94 mln. dollar olan layihənin 2018-ci ilin avqustun 31-də istismara verilməsi planlaşdırılır. Hazırda işlərin 6,5%-i tamamlanıb. Qalıq işlərin dəyəri 87 mln. 925,488 min dollar təşkil edir.

 

"Tekfen"in Azərbaycandakı törəməsi "Azfen" isə ölkə ərazisində ümumi dəyəri 787 mln. 838,183 min dollar olan bir neçə layihə həyata keçirir. İşlərin 2018-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Hazırda isə işlərin 89%-i reallaşdırılıb. Qalan işlərin toplam dəyəri 86 mln. 704,719 min dollardır.

 

"Azfen" 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və "Tekfen" (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.

 

© APa

06.11.2017 08:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ