Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın publik hüquqi şəxsi Avropa Akkreditasiya Təşkilatının üzvlüyünə qəbul ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın publik hüquqi şəxsi Avropa Akkreditasiya Təşkilatının üzvlüyünə qəbul ediləcək

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Avropa Akkreditasiya Təşkilatına (EA - European cooperation for Accreditation) üzvlüklə bağlı müraciətinə baxılıb.

 

Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının bu ay Berlin şəhərində keçiriləcək iclası zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

 

Avropa Akkreditasiya Təşkilatının (EA) tanınma sazişinə qoşulmaq isə hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsinin yekununda reallaşacaq.

 

Bu üzvlük xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, akkreditasiya nəticələrinin beynəlxalq tanınması, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələləri təmin edəcək.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən komitə tərəfindən təsis edilmiş bu sahədə milli orqan statusu verilmiş publik hüquqi şəxsdir. Ötən müddət ərzində Azərbaycanda akkreditasiya nəticələrinin beynəlxalq tanınmasına nail olmaq üçün mərkəz Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarus Dövlət Akkreditasiya Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb. Bundan əlavə Mərkəzi İsrailin Laboratoriyaların Akkreditasiyası Orqanı və Gürcüstan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması təklifini verib.

06.11.2017 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ