Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bank Gənc biznesmenlərə dəstək olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank Gənc biznesmenlərə dəstək olacaq

Bu günlərdə “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsi (Azerbaijan Business Case Competition) Bakıda start götürəcəkdir.

 

Ali təhsil ocaqlarını təmsil edən tələbə komandalarının iştirakı ilə keçirilən  bu  müsabiqədə gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə, təqdim edilən real biznes problemlərinin  optimal həll yollarını göstərəcək, nəticələr isə mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən olunacaqdır.

 

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus Azər Türk Bank, ölkədə 15-ci dəfə dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin də tərəfdaşı qismində çıxış edir. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə iştirak etməkdə niyyəti gənclərin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək vermək, nəticə etibarilə gənc intellektualların ölkənin biznes mühitinə cəlb edilməsinə vəsilə olmaqdır.

 

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

06.11.2017 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ