Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AccessBank Azərbaycan bazarını tərk etməyəcəyini bəyan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank Azərbaycan bazarını tərk etməyəcəyini bəyan etdi

Ötən həftə yerli mətbuat bank sektorundakı mənbələrə istinadən, AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçəcəyi barədə yazmışdı. Yayılan xəbər AccessBank tərəfindən təsdiqlənmədi.

 

Bankdan "Marja"ya daxil olmuş açıqlamada deyilir: 

 

"AccessBank, ötən həftə səhmdarlarının mümkün dəyişikliyi ilə bağlı yayılan xəbərləri təsdiqləmir.

 

AccessBank aktivlərin həcminə və eyni zamanda bütün regionları əhatə edən geniş xidmət şəbəkəsinə görə ölkənin ən böyük banklarından biridir. Məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq Bank yeni "Sabirabad" filialını açdı. Son aylar Bank rekord sayda kredit ayırıb və hazırda ölkənin mikrokreditləşmə bazarında 50% -dən çox paya malikdir.

 

Həmçinin, Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-dək artım nümayiş etdirib, bu da bir daha əhalinin Banka olan etibarını təsdiqləyir.

 

Bundan başqa sentyabrda AccessBank-ın səhmdarları növbəti dəfə Bankın nizamnamə kapitalını 20 milyon manat məbləğində artırıblar".

06.11.2017 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ