Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan Sənaye Korporasiyası”nın Baş direktoru kimdir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Korporasiyası”nın Baş direktoru kimdir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası”​ yaradılıb və Kamran Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.

 

Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub.

 

1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "itqisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.

 

1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.

 

1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.

 

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.

 

2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

 

2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

 

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Ailəlidir, 3 övladı var.

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb.


 
Səhmləri dövlətə məxsus olan “ASK” ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.


 
Fərmana əsasən “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK” ASC-nin Müşahidə Şurası həyata keçirəcək.


 
Dövlətimizin başçısının sərəncamları ilə Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.


 
 Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisidir .

06.11.2017 16:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ