Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Güzəştli mənzillər üçün ipoteka kreditinə dair tələb dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güzəştli mənzillər üçün ipoteka kreditinə dair tələb dəyişib

Azərbaycan prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edib.


 
Dəyişiklik güzəştlə əldə ediləcək mənzil üçün ipoteka kreditinə dair tələblə bağlıdır.

Reklam_3_11

 

BANK 10%-DƏN DƏ ÇOX İLKİN ÖDƏNİŞ TƏLƏB EDƏ BİLƏR


 
Qaydaya əsasən indiyə qədər mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməli idi. Bu zaman kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna sayılırdı. Dəyişikliyə əsasən, agent bank və borcalana mənzilin satış qiymətinin 90 faizi çərçivəsində kredit məbləğini müəyyənləşdirmək sahəsində birmənalı sərbəstlik verilib. Başqa sözlə, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.


 
Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:


 
-  gənc ailənin üzvü olan şəxslər: (şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi
növündə xidmət keçən şəxs;
- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman
xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların
mükafatçısı (I, II və ya III yer);
- elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan
Respublikasının hərbi qulluqçuları;
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

 

© APA

06.11.2017 20:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ