Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək
İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.
Şahin Mustafayev Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. Ölkələrimiz arasında birbaşa hava uçuşlarının mövcud olması, “ASAN viza”nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir.
Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verlilib və Qətər şirkətləri fəal əməkdaşlığa dəvət edilib. Qeyd edilib ki, digər sahələrlə yanaşı, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər.
Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qətər iş adamlarının Azərbaycana maraq göstərdiyini qeyd edən səfir Yusif bin Həsən əl-Sai əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirib, İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.
Görüşdə həmçinin, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya fondunun yaradılmasına dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 37 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 19 saat əvvəl
-
19 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
20 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 21 saat əvvəl