Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gələn il Bakıda 4K televiziya yayımına başlanılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn il Bakıda 4K televiziya yayımına başlanılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Növbəti illərdə HD yayımdan sonra 4K televiziya yayımının tətbiqinə keçiləcək”.


Bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov AzTV-yə müsahibəsində deyib.


Onun sözlərinə görə, 2018-ci ildə artıq Bakı şəhərində HD yayım ilə bərabər, 4K yayımına başlanması nəzərdə tutulur. 


Qeyd edək ki, 4K rəqəmsal televiziyada və kompüter qrafikasında yeni və daha keyfiyyətli yayımdır. Bu yayıma yalnız 4K formatlı televizorlarda baxmaq mümkündür.

 

ALTERNATİV TELEQÜLLƏ İSTİSMARA VERİLƏCƏK

 

“Bu ilin sonuna qədər Bakıda alternativ teleqüllə istismara veriləcək”,- Mikayıl Abbasov deyib.

 
Onun sözlərinə görə, tikinti işlərinin 80 faizi artıq yekunlaşıb: “İlin sonuna qədər həmin teleqüllədən yayım imkanı əldə ediləcək. Üç aydan bir profilaktika işləri görülməlidir. Bu işlər görüləndə əhali arasında haqlı narazılıq olur. Həmin gün efir tam boş qalır. Milli Televiziya və Radio Şurası bununla bağlı bizə haqlı iradlarını bildirib. Bu olmasın deyə alternativ teleqüllə vasitəsilə profilaktik iş aparılarkən Bakı və Abşeron yarımadasında yayımı tam şəkildə həyata keçirə biləcəyik.


Qeyd edək ki, yeni alternativ teleqüllənin inşası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir. 

 

© Report

07.11.2017 07:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ