Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu bank 80% internet və mobil bankçılığa keçməyi hədəfləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank 80% internet və mobil bankçılığa keçməyi hədəfləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hal-hazırda,Bank of Baku-da internet bankçılıqdan istifadə edən müştərilərimizin toplam sayı 100.000 nəfərdən çoxdur.


 
Bunu "Marja"ya “Bank of Baku” ASC-nin Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasov bildirib.


Departament  direktoru qeyd edib ki, Bank of Baku, hələ 2015-ci ilin əvvəlindən müştərilərin internet bankinqə qoşulma prosesini çox sadələşdirib:

 

"Belə ki, 17 aprel 2015-ci il tarixindən sonra bankımızda hər hansı bir kredit məhsulunu alan və ya cari, əmanət, kart hesabını açan müştərilər filiala yaxınlaşmadan, sadəcə 145 Məlumat Mərkəzinə zəng etməklə və müvafiq məlumatları bildirməklə internet bankinqdən tam istifadə hüququna malik ola bilərlər. Bütün digər müştərilərə isə natamam istifadə hüququ verilir. Həmin müştərilər tam istifadə hüququna keçmək üçün filiala yaxınlaşıb mütləq internet bankçılıq üzrə əməkdaşlıq müqaviləsini imzalamalıdırlar. İnternet bankinq sisteminə daxil olmaq üçün istifadəçinin logini və parolu, banka təqdim etdiyi mobil telefonuna sms vasitəsilə göndərilir. Bunun nəticəsidir ki, son 3 ildə bizim banka yaxınlaşan, demək olar ki hər bir müştəri internet və mobil bankinqə rahat giriş imkanı ilə təmin olunmuşdur".

 

Anar Abbasov, "Qarşıda qoyduğumuz əsas məqsədlərdən biri, hər bir müştərimizin internet və mobil bankçılıq xidmətlərimizə rahat giriş və istifadə imkanı ilə təmin etməkdir" deyərək sözlərinə belə davam edib:

 

"Eyni zamanda biz anlayırıq ki, hər kəsin internetə çıxışı yoxdur və ya smartfon və komputerdən istifadə vərdişləri zəifdir, bunu nəzərə alaraq, ümumi müştəri bazamızın 80%-ni aktiv internet və mobil bankçılıq istifadəçisi olaraq görməyi hədəfləmişik. Cari müştəri bazamızla müqayisə etsək, bu rəqəm 15% təşkil edir, onun artırılması istiqamətində ciddi işlər görülməkdədir".

 

HƏR AY 40 MİLYON MANATLIQ ƏMƏLİYYAT

 

Anar Abbasov deyib ki, bu yay aylarında ilk dəfə olaraq korporativ müştərilərimizin internet bankinq vasitəsilə etdiyi pul köçürmələrinin həcmi bank filiallarında etdikləri köçürmələri üstələmişdir:

 

"Hər ay məbləğ olaraq 40 milyondan, say olaraq isə 5000-dən artıq tranzaksiya əməliyyatı internet bankinq vasitəsilə həyata keçirilir, bu o deməkdir ki, müştərilər 5000 dəfə banka gəlmədən, zamanını itirmədən, sənəd toplusunu təqdim etmədən onlayn rejimdə işlərini həll edə biliblər. Əminliklə deyə bilərəm ki, internet bankçılığın inkişafı sahəsində mühüm addımlar atmasaydıq, hal-hazırda filiallarda müştəri müraciətlərinin sayı həddən artıq çox ola və bununla da, gərginlik yarada bilərdi".

07.11.2017 07:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ