Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Əhalinin əmanətlərində dollarlaşma azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin əmanətlərində dollarlaşma azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin 9 ayında Manatla müddətli əmanət və depozitlər 35.7% azalmış, tələb olunanadək depozitlər isə 4.8% artmışdır. Fiziki şəxslərin manatla olan müddətli əmanətləri isə ilin əvvəlinə nəzərən 21% artmışdır.

 

“Marja” xəbər veri rki, bu, Mərkəzi bankın Pul Siyasəti  İcmalında deyilir.

 

Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 1.2% artmış və dövrün sonuna 21 mlrd.134 mln. manat təşkil etmişdir.

 

Hesabat dövründə bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, 9 ayın sonuna isə 46% təşkil etmişdir.

 

Dövr ərzində fiziki şəxslərin manatla əmanətləri 30.6% artmış, xarici valyutada əmanətləri 15% azalmışdır. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən dövrün sonunda 71.8%-ə enmişdir.

07.11.2017 08:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ